Musa Qurbanlı oynadı, "Yurqorden" səfərdə qələbə qazandı

Futbol üzrə İsveç çempionatında 18-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı hücumçu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə "Myelbyü"nün qonağı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı da bu görüşün iştirakçısı olub. 21 yaşlı forvard 72-ci dəqiqədə Coel Asoronun əvəzinə meydana daxil olub..

Xallarını 33-ə yüksəldən "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right