Məşhur futbolçu Braziliya klubu ilə müqavilə imzaladı

Xames Rodriqesin yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı vinger karyerasını Braziliyada davam etdirəcək. Təcrübəli ön xətt oyunçusu "San Paulo" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kolumbiya millisinin üzvü Cənubi Amerika təmsilçisi ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Xames Rodriqes karyerası ərzində "Portu", "Monako", "REal", "Everton" "Bavariya" və "Olimpiakos" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right