İsveçrə çempionatında 2-ci turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun da formasını geyindiyi “Qrasshopper” səfərdə “Lozanna” ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.
Renat da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə Bredli Fink ilə əvəzlənib.
Qeyd edək ki, “Qrasshopper” hazırda 1 xalla 12 iştirakçı arasında 9-cudur.
İsveçrə çempionatı, 2-ci tur
“Lozanna” - “Qrasshopper” - 1:1
Qollar: İlli, 43 - Morandi, 76