İspaniyanın "Real" klubunun heyətində ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisinin yeni transferi Arda Güler sıradan çıxıb. 18 yaşlı yarımmüdafiəçi dizindən zədə alıb.
Gənc oyunçu zədə səbəbindən komandanın təlim-məşq toplanışını tərk edərək müalicə üçün Madridə qayıdıb. Türkiyə millisinin üzvünün 3 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, "Real" Arda Güleri yay transfer pəncərəsi zamanı "Fənərbaxça"dan transfer edib.