Mahir Emrelidən 1 qol, 1 qol ötürməsi

Xorvatiyada ölkə çempionatının 2-ci turunun bir sıra oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo"(Zaqreb) səfərdə “İstra” ilə qarşılaşıb.

Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Emreli start heyətində meydana çıxıb. Matçın 6-cı dəqiqəsində məhsuldar ötürmə edən Mahir 57-ci dəqiqədə qol vurub. O, 88-ci dəqiqədə əvəzlənib.

Hazırda aktivində 3 xalı olan "Dinamo" 4-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right