"Mançester Yunayted"dən "Real Sosyedad"a

"Mançester Yunayted"in yarımmüdafiəçisi Donni van de Beek karyerasını "Real Sosyedad"da davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, klublar arasında danışıqlar davam etdirilir. Amma hələ ki, yekun razılıq əldə edilməyib. “Real Sosyedad” da niderlandlı ilə şəxsi müqavilədə şərtləri razılaşdırmayıb. Lakin yarımmüdafiəçinin özü İspaniya klubunda oynamaqda israrlıdır.

Transferin 13 milyon avroya baş tutacağı gözlənilir. Onun "Mançester Yunayted"lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right