"Başa düşə bilmirəm ki, niyə hamı "Rakuv"un "Qarabağ"a məğlubiyyətini proqnozlaşdırırdı"

Polşa Futbol İttifaqının sabiq prezidenti Zbiqnev Boniek Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda "Rakuv"un “Qarabağ” üzərində qazandığı qələbəni (3:2) şərh edib.

Newsport.az-ın məlumatına görə, ötənlərin tanınmış futbolçusu “Qarabağ”ın güclü olduğunu etiraf edib:

"Çempionumuz “Qarabağ”a qarşı yaxşı oyun keçirdi. Başa düşə bilmirəm ki, niyə hamı oyundan əvvəl “Rakuv”un "Qarabağ"a məğlubiyyətini proqnozlaşdırırdı. Rəqib yaxşı komandadır. “Rakuv”dan daha yaxşı oynadığını və daha təcrübəli olduğunu təsdiqlədi. Lakin qələbəni Polşa çempionu qazandı ki, bu da üstünlüyü qorumağa ümid verir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right