Premyer Liqanın debütantı ingilislə anlaşdı

"Vulverhempton"un müdafiəçisi Rayan Cayls "Luton Taun"a keçib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasına yeni yüksələn klub futbolçu ilə müqavilə şərtlərini açıqlamayıb.

23 yaşlı futbolçunun dəyəri "transfermarkt"da 9 milyon avro dəyərləndirilir.

O, əvvəllər “Midlsbro”, “Blekbern”, “Kardiff”, “Roterhem”, “Koventri” və “Şrusberi”də icarə əsasında çıxış edib. Maraqlı orasındadır ki, 2018-ci ildən “Vulverhempton”un əsas komandasının üzvü olmuş 23 yaşlı müdafiəçi rəsmi matçda debüt etməmişdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right