“Atalanta” Heylundu Ture ilə əvəz edir

Rasmus Heylundu “Mançester Yunayted”ə satmağa hazırlaşan “Atalanta” ona əvəzedici tapıb. Berqamolular hücum xəttindəki boşluğu Əl-Bilal Ture ilə dolduracaq.

Newsport.az xəbər verir ki, İtaliya klubu Ture üçün “Almeriya”ya 28 milyon avro təklif edib. Razılıq əldə edilsə, İspaniya təmsilçisinə 3 milyon avro bonus və növbəti satışdan 15 faiz də çatacaq.

21 yaşlı malili forvard “Almeriya”ya ötən yay keçib. İspanlar onun üçün “Reyms”ə 8 milyon avro ödəmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right