"Liverpul"un kapitanı Cordan Henderson karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi Stiven Cerrardın baş məşqçisi olduğu "Əl Ettifaq"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə millisinin üzvü Asiya təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Cordan Henderson "Liverpul"a 2011-ci ilin yayında "Sanderlend"dən keçmişdi. Təcrübəli orta xətt oyunçusu Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 492 matçda 33 qol və 61 məhsuldar ötürmə ilə yadda qalıb.