Zaha "Qalatasaray"la müqavilə imzaladı

"Qalatasaray" yeni transferi Vilfrid Zaha ilə müqavilə imzalayıb.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fil Dişi Sahilindən olan hücumçu ilə 3 illik sözləşmə imzalanıb.

30 yaşlı forvard "Qalatasaray"da illik 4 milyon 350 min avro maaş alacaq.

Qeyd edək ki, 2014-cü ildən "Kristal Palas"da çıxış edən Fildişi Sahili millisinin üzvü ötən ay bu klubdan ayrılıb. O, ötən mövsüm "Kristal Palas"da 27 oyuna 7 qol vurub. Onun adı "Fənərbaxça" ilə də hallanırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right