"Yuventus" "Barselona"nın futbolçusunu istəyir

İtaliyanın "Yuventus" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Newsport.az-ın məlumatına görə, Turin təmsilçisinin əsas hədəfi "Barselona"da çıxış edən Frank Kessyedir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Yuventus" Fil Dişi Sahili millisinin üzvünü satınalma bəddi ilə icarəyə götürmək istəyir. "Barselona" satınalma məbləğinin 15 milyon avro olaraq təyin olunmasına çalışır.

Qeyd edək ki, Frank Kessye ötən ilin yayında "Milan"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Barselona"ya keçib. 26 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 43 rsəmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right