Sabitserin keçidi üçün razılıq əldə olundu 19 milyon avroya

Marsel Sabitserin Dortmund “Borussiya”sına keçidi rəsmiləşir. “Bayern” təcrübəli yarımmüdafiəçini əzəli rəqibinə satmağa razılaşıb.

Newsport.az xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub. Münhenlilər Sabitseri 19 milyon avroya satmağı qəbul edib. Oyunçu da şəxsi müqavilənin şərtlərindən razı qaldığı üçün keçid bu həftə rəsmiləşəcək.

Transferə yeganə əngəl futbolçunun tibbi müayinəsi ola bilər. Bir müddətdir zədəli olan futbolçuda xroniki zədə aşkarlanmazsa, imzalar atılacaq. Qışda “Mançester Yunayted”ə icarəyə verilən Marsel mövsümün sonunu məhz bu üzdən buraxmış, eyni zamanda ingilislər onu tamhüquqlu üzv kimi transfer etməkdən boyun qaçırmışdı.

“Bayern” Avstriya millisinin üzvünü 2 il öncə “Leypsiq”dən 15 milyon avroya transfer etmişdi. 29 yaşlı müdafiəçinin münhenlilərlə müqaviləsi 2025-ci ilin yayında başa çatacaqdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right