Musa Qurbanlı: “Daha güclü qayıdacağıq”

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı yeni klubu “Yurqorden”də debüt etməsi haqda fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, İsveç çempionatının 17-ci turunda “Elfsburq”la görüşün 58-ci dəqiqəsində meydana çıxıb.

Oyun “Yurqorden”in məğlubiyyəti ilə başa çatıb – 0:4.

Musa Qurbanlı matçdan sonra sosial şəbəkə hesablarında etdiyi paylaşımda belə yazıb:

“Azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Daha güclü qayıdacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right