“Oyunçuların mədəsində problem var, bəziləri qusur” “Barselona”nın prezidenti

“Barselona”nın prezidenti Xuan Laporta komandada baş verən qastroenterit xəstəliyindən sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, klub prezidenti oyunçuların mədəsində problem yarandığını bildirib:

“Bu, yalnız komandaya təsir edən bir virus idi. Mən yaxşıyam. Oyunçuların mədəsində problem var, bəziləri qusur. Biz oyunu bazar ertəsinə təyin etməyə çalışdıq, lakin bu, mümkün olmadı. Çünki həmin tarixdə stadion artıq doludur. Artıq tarixləri tənzimləmək mümkün deyil”.

Daha əvvəl məlum olmuşdu ki, kataloniyalıların “Yuventus”la yoxlama görüşü baş tutmayacaq. Oyun iyulun 23-də, ABŞ-ın Kaliforniya ştatının Santa Klara şəhərində keçirilməli idi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right