Almaniya millisinin üzvü komandasını dəyişmədi

Almaniya millisinin sabiq üzvü Emre Can iş yerini dəyişməyib.

Newsport.az-ın məlumatına görə, yarımmüdafiəçi "Borussiya"da qalıb. Bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb.

Onunla müqavilə müddəti uzadılıb. Can 2026-cı ilə qədər “Borussiya”ya məxsus olacaq. 29 yaşlı futbolçu “Bavariya”, “Bayer”, “Liverpul” və “Yuventus”da oynadıqdan sonra 2020-ci ildə hazırkı komandasına keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right