Rusiyanın iki klubu "Neftçi"nin futbolçusu üçün mübarizə aparacaq

"Neftçi"nin yarımmüdafiəçisi Kilan Lebon Rusiyanın bir neçə klubunun maraq dairəsinə düşüb.

Newsport.az-ın məlumatına görə, Sankt-Peteburqda keçirilən “Matç TV” turnirindəki performansından sonra Premyer Liqanın iki klubu onu transfer etmək istəyir. 

Etibarlı mənbədən verilən məlumata əsasən, "Rubin" və "Fakel" klubları Lebonu heyətinə qatmağı planlaşdırır. Bunun üçün isə fransalının “Neftçi” ilə müqaviləsi və "ağ-qaralar"dakı vəziyyətinin nə yerdə olduğu ilə maraqlanıblar. Rusiya klubları qışda fransalı üçün rəsmi təklif göndərməyi planlaşdırırlar.

Başa çatan mövsüm qışda “Astana”dan “Neftçi”yə keçmiş Lebonun “ağ-qaralar”la müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right