"Ayaks"dan "Çelsi"yə

"Çelsi" "Ayaks"ın qanalı yarımmüdafiəçisi Məhəmməd Kudusa böyük maraq göstərir.

Newsport.az-ın məlumatına görə, "zadəganlar"ın nümayəndələri 22 yaşlı futbolçu üçün artıq Niderland klubu ilə danışıqlara başlayıb.

London klubu yay "transfer pəncərəsi" zamanı Məhəmmədi heyətinə qatmağa çalışacaq. Tərəflər müqavilənin şəxsi şərtlərini də razılaşdırmağa yaxındır.

Adıçəkilən futbolçu Niderland yüksək liqasında 2022/2023 mövsümündə 30 matçda iştirak edib, 11 qol vurub və üç məhsuldar ötürmə verib. 22 yaşlı futbolçu 2020/2021 mövsümündən "Ayaks"da çıxış edir. O, Amsterdam təmsilçisinə Danimarkanın "Norşallend"dən keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right