Xorvatiya mətbuatı Emreliyə şans vermədiyi üçün "Dinamo"nun baş məşqçisini tənqid etdi

Xorvatiya mətbuatı ölkə çempionatının 1-ci turunun “Dinamo” (Zaqreb) və “Hayduk” klubları arasında keçirilmiş son oyununu (1:2) təhlil edərkən meydan sahiblərinin hücumçusu Mahir Emrelinin oynamamasına toxunub.

Newsport.az-ın məlumatına görə, "Index.hr" portalı İqor Bişçanın millimizin üzvünə şans verməməsi haqda bunları yazıb:

"Ehtiyat skamyada Petar Boçkay kimi xüsusi tapşırıqlar üçün, liqada ən yaxşı ötürmələri edə bilən adam var idi. Driblinqlə üstünlük yarada bilən Emreli də meydana buraxılmadı. Bir tərəfdən yeni transferlər istəyib, digər tərəfdən isə liqada üç əla oyunçunu ehtiyatda saxlamaq olmaz. Baş məşqçi tərəfdən bu, doğru yanaşma deyil".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right