"Dinamo" "Qarabağ"ın legionerini istəyir

"Qarabağ"ın qolkiperi Luka Quqeşaşvilini istəyən komandalar var. 

Newsport.az saytına verilən məlumata görə, gürcü qapıçı öz ölkəsindən təklif alıb.

Belə ki, Ağdam klubunun futbolçusu "Dinamo"nun maraq dairəsindədir. Batumı klubu Quqeşaşvilini icarəyə götürməyi planlaşdırır.

Amma Azərbaycan çempionu Lukanı icarəyə vermək istəmir. 24 yaşlı legioner "Dinamo"(Tbilisi), "Yagelloniya", "Dila", "Rekreativo Qranada" klublarının qapısını qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right