Nəsirli oynadı, komandası səfərdə qazandı

Latviya çempionatında 23-cü turun matçları davam edir.

Newsport.az xəbər verir ki, Ramin Nəsirli və Nazim Həsənzadənin formasını geyindiyi “Dauqavpils” “Valmiera”nın qonağı olub.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

Start heyətində meydana çıxan Nəsirli 90+5-ci dəqiqədə əvəzlənib. Həsənzadənin adı isə sifariş edilməyib. “Dauqavpils” 25 xalla 7-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right