Renat Dadaşovun komandası mövsümə məğlubiyyətlə başladı

Futbol üzrə İsveçrə Super Liqasında 2023/2024 mövsümünə start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" doğma meydanda "Servett"i qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu oyunun iştirakçısı olub. 24 yaşlı forvard matça start heyətdə başlayıb və 58-ci dəqiqədə əvəzlənib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right