"Barselona"dan ayrılan futbolçunun yeni klubu bəlli oldu

"Barselona"dan ayrılan Samuel Umtitinin yeni klubunun adına aydınlıq gəlib.

Newsport.az-ın məlumatına görə, fransalı mərkəz müdafiəçisi karyerasını ölkəsində davam etdirəcək. 29 yaşlı futbolçu "Lill"ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Liqa 1 təmsilçisi Fransa millisinin sabiq üzvü ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Barselona" Samuel Umtitini 2016-cı ilin yayında "Lion"dan transfer etmişdi. Təcrübəli arxa xətt oyunçusu son mövsümü icarə əsasında "Leççe"də keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right