İtaliyanın "Fiorentina" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, Florensiya təmsilçisi "Yuventus"un yarımmüdafiəçisi Artur Melonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı orta xətt oyunçusu 2023/2024 mövsümünü icarə əsasında "Fiorentina"da keçirəcək. "Bənövşəyilər" 20 milyon avro ödəyərək futbolçunu birdəfəlik transfer etmək hüququna malikdir.
Qeyd edək ki, "Yuventus" Artur Melonu 2020-ci ilin sentyabr ayında "Barselona"dan transfer edib. 26 yaşlı oyunçu son mövsümü icarə əsasında "Liverpul"da keçirib.