Millimizin üzvü oynadı, komandası qələbə qazandı

Cənubi Koreya çempionatında 24-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" doğma meydanda "Saequ"nu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 25 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb. O, 66-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

24 turdan sonra 33 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right