Musa Qurbanlı "Yurqorden"də ilk matçına çıxdı

Futbol üzrə İsveç çempionatında 17-ci turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı hücumçu Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" doğma meydanda lider "Elfsborq"u qəbul edib. Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı da bu görüşün iştirakçısı olub. 21 yaşlı forvard 58-ci dəqiqədə meydana daxil olub.

17 turdan sonra 30 xal toplayan "Yurqorden" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right