Ramil Şeydayev Tailand klubunda debüt etdi

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubunda debüt edib.

Newsport.az xəbər verir ki, 27 yaşlı forvard "Utai Tani"yə qarşı keçirilən hazırlıq matçında iştirak edib. Qarşılaşma həmyerlimizin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Ramil Şeydayev "Qarabağ"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Buriram Yunayted"ə keçib. O, klubla 2025-ci ilin iyun ayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right