Musa Qurbanlı üçün liderlə matçda debüt şansı

Futbol üzrə İsveç çempionatında 17-ci tura start verilir.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün doğma meydanda lider "Elfsborq"u qəbul edəcək. Qarşılaşma Bakı vaxtilə saat 17:00-da start götürəcək.

Musa Qurbanlı artıq viza məsələsini həll edib. Baş məşqçi şans verəcəyi təqdirdə 21 yaşlı forvard yeni klubunda debüt edəcək.

Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"ə "Qarabağ"dan transfer olunub. Gənc hücumçu İsveç klubu ilə 3 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right