“Milan” Noa Okaforun transferini rəsmiləşdirmək üzrədir. İtalya klubu “Zalsburq”la ilkin razılıq əldə edib.
Newsport.az xəbər verir ki, oyunçu sabah tibbi müayinədən keçməlidir. Avstriya klubu bu keçiddən bonuslarla birlikdə 15 milyon avro qazanacaq.
Nigeriya əsilli isveçrəli 2020-ci ildə “Bazel”dən 11,2 milyon avroya alınmışdı. 23 yaşlı hücumçu hazırda zədəlidir. Onun zədəsinin xroniki olduğu üzə çıxmasa, müqavilə rəsmiləşəcək.