Bekhem: Messi hələ də acdı, qazanmaq istəyir

“İnter Mayami”nin sahibi Devid Bekhem argentinalı hücumçu Lionel Messinin klubdakı rolundan danışıb. Newsport.az xəbər verir ki, ingiltərəli sabiq futbolçu 36 yaşlı oyunçunun öhdəliklərinin olacağını bildirib.
 
Bekhemin fikrincə, Messi onlara uğur qazanmaqda kömək olacaq:
 
“Messi hələ də acdı, qazanmaq istəyir. MLS-ə keçməyə, Mayamiyə gəlməyə, “İnter Mayami” ilə qalib gəlməyə qərar verdi. O, bura tətilə gəlməyib. Leo qalib gəlmək və bu ölkədəki gənc futbolçu nəslini ruhlandırmaq üçün gəldi”.
 
Qeyd edək ki, PSJ-dən ayrılan Lionel Messi azad agent kimi “İnter Mayami”yə keçib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right