"Ferentsvaroş"un baş məşqçisi istefaya göndərildi

Stanislav Çerçesov Macarıstanın "Ferentsvaroş" klubunun baş məşqçisi postunu tərk edib.

Newsport.az xəbər verir ki, rusiyalı mütəxəssisin rəhbərlik etdiyi komanda Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda evdə Farer Adalarının "Klaksvik" klubuna uduzaraq turnirdəki çıxışını başa vurub. Matç bitdikdən az sonra "Ferentsvaros"un rəsmi saytı 59 yaşlı məşqçi ilə əməkdaşlığa son verildiyini açıqlayıb.

Qeyd edək ki, Stanislav Çerçesov 2021-ci ilin dekabr ayından "Ferentsvaroş"a rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda iki dəfə Macarıstan çempionatının, bir dəfə isə Macarıstan kubokunun qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right