Madridlilər Verratti üçün hərəkətə keçir

“Atletiko” Marko Verratti üçün PSJ ilə təmasa keçib. Hələlik rəsmi təklif yoxdur, amma şifahi müraciətlə əlaqələrin qurulmasına başlanılıb.

Newsport.az Fransa mətbuatına istinadla xəbər verir ki, madridlilər yarımmüdafiəçi üçün 40 milyon avro ödəmək niyyətindədi. Lakin Paris klubu İtaliya millisinin üzvünü daha baha qiymətə satmaq istəyir. PSJ Markoya daha çox maraq göstərən A Seriyası təmilçilərinin bu məbləği ödəyə bilməyəcəyini anladığından “Atletiko”nun təklifinə daha ciddi yanaşır.

Yetişdiyi “Peskara”dan 2012-ci ildə 12 milyon avroya heyətə qatılan Verrattinin müqaviləsinin bitməsinə hələ üç il var. Lakin o, azarkeşlərlə xoş olmayan münasibətlər üzündən getməyə qərar verib. Komandanı yeniləyən klub rəhbərliyi də 30 yaşlı futbolçunu daha gənc namizədlərlə əvəzləmək istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right