Son günlər Rusiya mətbuatında "Qəbələ”nin sabiq futbolçusu Marat İzmayılovun karyerasının bitirməsi ilə bağlı söz-söhbətlər yayılıb.
Newsport.az-ın məlumatına görə,lakin futbolçunun meneceri Paulo Barbosa yayılan söhbətlərə münasibət bildirərək məsələni təkzib edib: "Marat karyerasını bitirir? Bu sözləri jurnalistlərdən eşidirəm. Marat hazırda fərdi məşqlərlə kifayətlənir.Amma hazırda heçbir klubdan təklif yoxdur. Klublardan gələcək təklifləri dəyərləndirirk.”
Qeyd edək ki, Marat 2014-cü ildə "Qəbələ”də oynayıb.