Xorvatiya millisinin sabiq çalışdırıcısı üzr istədi

"Məndən daha çoxunu və daha yaxşı nəticələr gözləyən hər kəsdən üzr istəyirəm. Onların etimadını tam doğrulda bilmədiyimi başa düşürəm”.

Newsport.az-ın məlumatına görə, bu sözləri Xorvatiya yığmasının artıq sabiq baş məşqçisi Niko Kovaç deyib.
 
AVRO-2016-nın seçmə mərhələsində millimizlə heç-heçə (0:0) və Norveçə məğlubiyyətdən (0:2) sonra postundan istefaya göndərilən çalışdırıcı Xorvatiya Futbol Federasiyasının rəsmi saytı vasitəsilə azarkeşlərə açıq vida məktubu yazıb. Millinin fanatlarına təşəkkürünü bildirən məşqçi bunları deyib: 
 
"Bu müddət ərzində Xorvatiya millisini dəstəkləyən sadiq azarkeşlərimizə, meydanda daim mübarizə aparan yetirmələrimə, yığma komandada çalışanların hamısına, bütün futbol ictimaiyyətinə minnətdaram. Onların etimadını doğrulda bilmədiyim üçün məyusam. Futbol ən gözəl, amma eyni zamanda gözlənilməz oyundu. Heç də həmişə qələbə qazanmaq olmur. Amma məncə, həmişə futbol qazanır, buna görə də onu sevirik. Hörmətli Xorvatiya ictimaiyyəti və millinin fanatları, mən yenə də yığma komandamızın azarkeşi olacam. Hələ xələfim seçilməsə də, ona gələcək işində uöurlar arzulayıram. Arzu edirəm ki, millini Avropa Çempionatının final mərhələsinə çıxarsın, orda da uğurlu çıxış etsin”.
 
Qeyd edək ki, daha öncə Xorvatiyanın U-21 yığmasını çalışdırmış Kovaç əsas milliyə 2013-cü ilin oktyabrından başçılıq edirdi. Onun yerinə gətirilməyə əsas namizədlər isə Ante Kaçiç və Zoran Mamiç sayılır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right