Azərbaycanlı müdafiəçi Polşa klubunda

Azərbaycanlı futbolçu Ricat Qarayev Polşada klubunu dəyişib.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı sağ cinah müdafiəçisi "Flota"ya keçib. Bu barədə III Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-21 milli komandasının sabiq üzvü ilə 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Ricat Qarayev karyerası ərzində "Sumqayıt", "Şamaxı", "Sabah", "Neftçi", "İrao" (Gürcüstan), "Qaradabani" (Gürcüstan) klublarında çıxış edib. O, son olaraq Polşada "Şeçinek"in formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right