"Qarabağ"ın sabiq futbolçusu İngiltərə klubu ilə müqavilə imzaladı

"Qarabağ"ın sabiq futbolçusu Asmir Beqoviçin yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "Everton"dan ayrılan bosniya ver herseqovinalı qolkiper İngiltərədə qalacaq. 36 yaşlı "əlcək sahibi" QPR-ə keçib. Bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 2023/2024 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısını "Qarabağ"da keçirib. Təcrübəli qapıçı Azərbaycan klubunun heyətində 17 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right