Reşford "Mançester Yunayted"də qalacaq

İngiltərə millisinin forvardı Markus Reşford "Mançester Yunayted"dən ayrılmayacaq.

Newsport.az "The Sun"a istinadən xəbər verir ki, futbolçu "qırmızı şeytanlar"la müqavilə müddətini artıracaq.

İngiltərə klubu ona yeni beş illik müqavilə təklif edib. Tərəflər artıq razılığa gəlib. 

Halbuki, Reşfordun PSJ-yə keçəcəyi gözlənilirdi. 

Markus başa çatan mövsümdə Mançester klubunun heyətində 53 matçda iştirak edib, 29 qol vurub və 11 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right