Onananın keçidi üçün razılıq əldə edildi

Andre Onana tezliklə “Mançester Yunayted”in yeni üzvü olacaq. David de Xea ilə yollarını ayıran İngiltərə klubu əsas qapıçı kimi “İnternin üzvünü heyətə qatır.

Newsport.az xəbər verir ki, tərəflər arasında uzun sürən danışıqlar yekunlaşıb. “İnter” ötən yay “Ayaks”dan azad agent kimi heyətinə qatdığı futbolçunu 50 milyon avroya satmağa razılaşıb. Bu gün tibbi müayinədən keçəcək qolkiper 5 illik müqavilə bağlayacaq.

27 yaşlı kamerunlunun “Barselona”da yetişdiyini, peşəkar karyerasına başladığı “Ayaks”da 7 il oynadığını xatırladaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right