ABŞ-da təşkil edilən Şimali, Mərkəzi Amerika və Karib hövzəsi üzrə (CONCACAF) “Gold Cup” turnirinin final oyunu keçirilib. Newsport.az xəbər verir ki, həlledici görüşdə Meksika və Panama yığmaları qarşılaşıb.
Oyun Meksikanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Panamanın heyətində yer alan “Turan Tovuz”un futbolçusu Roderik Miller yenə iştirak ərizəsinə salınmayıb.
Bununla Meksika 12-ci dəfə turnirin qalibi olub və öz rekordunu yeniləyib. İkinci sıradakı ABŞ-ın aktivində 7 çempionluq var.