"Nyukasl" 95 milyonluq transferə hazırlaşır

“Napoli” və Gürcüstan milli komandasının üzvü Xviça Kvaratsxeliya İngiltərəyə yollana bilər.

Newsport.az-ın məlumatına görə, gürcü futbolçuya “Nyukasl”dan maraq var.

Adıçəkilən klub Xviça üçün 95 milyon avrosundan keçməyə hazırdır. Premyer Liqa təmsilçisi “Napoli”yə ilk təklifi qarşıdakı həftə yollayacaq. Xviçanın özünün İngiltərədə oynamaq istədiyi bildirilir. O, ötən mövsüm A seriyasında keçirdiyi 33 matçda 12 qol vurub, 13 məhsuldar ötürmə edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right