"Liverpul"un daha bir futbolçusu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Newsport.az-ın məlumatına görə, "Əl İttihad" Fabinyonu heyətinə qatmaq istəyir. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Ərəblər 29 yaşlı futbolçu ilə şəxsi şərtləri razılaşdırıb. Klublar anlaşsa, keçid reallaşacaq.
"Liverpul" Fabinyonu 2018-ci ilin yayında "Monako"dan transfer edib. Braziliya millisinin üzvü son mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayına kimidir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının "Əl İttifaq" klubu "Liverpul"un kapitanı Cordan Hendersonla maraqlanır.