Millimizin üzvü oynadı, komandası səfərdən xalsız qayıtdı

Cənubi Koreya çempionatında 23-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun formasını geyindiyi "Tejon Xana Sitizen" səfərdə "İnçeon"un qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 25 yaşlı müdafiəçi start heyətdə meydana çıxıb və sonadək oynayıb.

23 turdan sonra 30 xal toplayan "Tejon Xana Sitizen" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right