Rusiyanın "Rubin” klubu baş məşqçisi Rinat Bilyaletdinov ilə yollarını ayırıb.
Newsport.az-ın məlumatına görə, bu barədə "Sports.ru” saytına açıqlamasında Kazan təmsilçisinin yeni baş direkktoru İlgiz Faxriyev məlumat verib. O, müqavilənin qarşılıqlı razılıq əsasında pozulduğunu bildirib. Komanda hazırda müvəqqəti olaraq Valeri Çalıya tapşırılıb.
Qeyd edək ki, baş məşqçi postuna ən real namizədlər sırasında Qurban Berdiyevin adı göstərilir. Berdiyev 2001-13-cü illərdə "Rubin"i çalışıdırıb.