Lionel Messi 2023-cü ilin ən yaxşısı seçildi

ESPN illik ESPY Mükafatlarının qaliblərini elan edib. Newsport.az xəbər verir ki, ötən mövsüm PSJ-də çıxış edən “İnter Mayami”nin yeni transferi Lionel Messi 2023-cü ilin ən yaxşı futbolçusu seçilib.

Digər namizədlər arasında “Mançester Siti”nin və Norveç yığmasının hücumçusu Erlinq Haland, eyni zamanda qadın futbolçular Aytana Bonmati (“Barselona” / İspaniya) və Sofiya Smit (“Portlend Torns” / ABŞ) də yer alıb.

Leo, həm də 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında ən yaxşı performansa görə mükafat alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right