“Fiorentina” “Yuventus”da özünü doğrultmayan Artur Melonu transfer etmək istəyir. “Bənövşəyilər” uzun çəkən uğursuz dönəmdən sonra qiyməti xeyli aşağı düşən yarımmüdafiəçinu keçidini tezliklə həll etmək niyyətindədir.
Newsport.az xəbər verir ki, turinlilərin 2020-ci ildə “Barselona”dan 80,6 milyon avroya aldığı braziliyalı heyətə düşməkdə çətinlik çəkir. “Yuventus” ötən mövsüm onu “Liverpul”a icarəyə vermiş, lakin 26 yaşlı futbolçu burada da gününü ehtiyatda keçirmişdi.
Yenidən Turinə qayıdan braziliyalının hələ iki illik müqaviləsi var. Amma baş məşqçi Massimilino Alleqri onun xidmətində maraqlı deyil. “Fiorentina” fürsətdən yararlanaraq onu 15 milyon avroya transfer etməyə çalışır.