“Ayaks”ın hücumçusu Duşan Tadiç karyerasını Türkiyə çempionatında davam etdirə bilər. Newsport.az xəbər verir ki, serb tezliklə Amsterdam klubu ilə müqaviləni pozaraq, azad agent kimi yeni komandasına keçmək niyyətindədi.
Hazırda Tadiçlə “Beşiktaş” yaxından maraqlanır. 34 yaşlı forvardı başqa klublar da heyətinə qatmaq istəyir. Lakin futbolçunun karyerasını Türkiyə klubunda davam etdirməsi daha real görünür.
Qeyd edək ki, Duşan Tadiç ötən mövsüm Niderland çempionatında 11 qol vurub, 18 məhsuldar ötürmə verib.