Afrika Futbol Konfederasiyası (CAF) 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimini keçirib. Newsport.az xəbər verir ki, FIFA-ya üzv olan 54 Afrika komandası hərəsində 6 kollektiv olmaqla 9 qrupa bölünüb.
Qrupların tərkibi:
A qrupu: Misir, Burkina Faso, Qvineya-Bisau, Syerra Leone, Efiopiya, Cibuti;
B qrupu: Seneqal, Konqo DR, Mavritaniya, Toqo, Sudan, Cənubi Sudan;
C qrupu: Nigeriya, Cənubi Afrika, Benin, Zimbabve, Ruanda, Lesoto;
D qrupu: Kamerun, Kabo-Verde, Anqola, Liviya, Esvatini, Mavriki;
E qrupu: Mərakeş, Zambiya, Konqo, Tanzaniya, Niger, Eritreya;
F qrupu: Fil Dişi Sahili, Qabon, Keniya, Qambiya, Burundi, Seyşel adaları;
G qrupu: Əlcəzair, Qvineya, Uqanda, Mozambik, Botsvana, Somali;
H qrupu: Tunis, Ekvatorial Qvineya, Namibiya, Malavi, Liberiya, San-Tome və Prinsipi;
İ qrup: Mali, Qana, Madaqaskar, CAR, Komor adaları, Çad.
Hər qrupun qalibi DÇ-2026-ya vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı dörd komanda isə pley-offda oynayacaq. Bura həmçinin KONKAKAF-dan iki, Cənubi Amerika, Asiya və Okeaniyadan isə bir komanda daxildi.
Qeyd edək ki, DÇ-2026-da 48 komanda iştirak edəcək.