DÇ-2022 göndərdikləri futbolçulara görə milyonlar qazandılar

FİFA DÇ-2022-də iştirak edən futbolçuların klublarına ödəmə edib.

Newsport.az xəbər verir ki, bu barədə qurumun yaydığı hesabatda bildirilib. Qətərə futbolçu göndərən 51 ölkədən olan 440 kluba ümumilikdə 209 milyon dollar məbləğində təzminat ödənilib. Həmin ölkələr arasında Azərbaycan yoxdur.

Qaydalara görə, klublar DÇ-2022-də iştirak edən edən hər bir futbolçusuna görə, bir gün üçün 10 min 950 dollar mükafat verir. DÇ-2018-də bu məbləğ günlük 8530 dollar təşkil edirdi.

Ən çox təzminat İngiltərəyə gedəcək. Bu ölkə klublarının futbolçuları DÇ-2022-də iştiraka görə 37,7 milyon dollar gəlir əldə edib. Siyahıda İspaniya ikinci (24 milyon 203 min dollar), Almaniya üçüncü (21 milyon 34 min dollar ) olub.

Bütün dünya üzrə ən çox qazanan klub isə "Mançester Siti"dir. Onlara 4,6 milyon təzminat ödəniləcək. "Barselona" 4,5 milyon dollar qazancla ikinci, "Bavariya" isə (4,3 milyon) üçüncü yeri tutur.

Qeyd edək ki, FİFA DÇ-2010-dan başlayaraq klublara futbolçularına görə pul ayırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right