"Beşiktaş" argentinalı futbolçu ilə anlaşıb

Türkiyənin "Beşiktaş" klubu argentinalı futbolçu Roberto Pereyra ilə anlaşıb.

Newsport.az yerli mətbuata istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanacaq.

Pereyranın qarşıdakı günlərdə tibbi müayinə üçün İstanbula gedəcəyi bildirilib.

Qeyd edək ki, Roberto Pereyra son olaraq İtaliyada "Udineze"nin formasını geyinib. 2014 - 2016-cı illərdə "Yuventus"da çıxış edən yarımmüdafiəçi iki dəfə A Seriyasının, eyni sayda İtaliya Kubokunun və bir dəfə ölkə Superkubokunun qalibi olub. O, Argentina millisinin heyətində 19 oyunda iki qola imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right