"Mançester Siti" müdafiəçisini satdı

"Mançester Siti"nin futbolçusu Şi Çarlzı satıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi "Sauthempton"a keçib. İngiltərəli futbolçu Çempionşip təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. "Şəhərlilər" bu transferdən 15 milyon funt-sterlinq əldə edib.

Qeyd edək ki, Çarlz ötən mövsüm "Mançester Siti" ilə cəmi 1 oyuna çıxıb. "Manneçster Siti"nin yetirməsi olan Çarlz 7 yaşında klubun akademiyasına qoşulub.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right